Gəncə sakini küçədə gəzərkən quyuya düşdü
Gəncədə bədbəxt hadisə baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Krılov küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində qeydə alınıb.
Şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyev sözügedən küçədə yıxılaraq kanalizasiya quyusuna düşüb və xəsarət alıb.
Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ķi, hadisə baş verən ərazidə su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı bir müddətdir təmir-tikinti işləri gedir.
OXŞAR XƏBƏRLƏR
17:47
1167
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1043
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1040
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
910
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
871
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
885