“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Heydər Əliyev ili”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
FHN-nin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması, yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları çıxış edərək yarışın gənc nəslin tərbiyəsində oynadığı roldan bəhs edib, iştirakçılara uğurlar arzulayıb və "Heydər Əliyev İli"nin əhəmiyyətindən danışıblar.
Daha sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Keçirilən yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, 1-ci yerə Yasamal rayon 31 nömrəli, 2-ci yerə Nizami rayonu 220 nömrəli, 3-cü yerə isə Xətai rayonu 95 nömrəli məktəbin komandaları layiq görülüblər.
Qeyd edək ki, qalib ilk iki yerin sahibi olan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.
AYNUR QARA
FARİZ QULİYEV
ATV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər