Gənc sahibkarlara dəstək məqsəd ilə yeni layihənin təqdimatı olub
Gəncədə “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin (İB) tərəfdaşlığı ilə yeni layhənin təqdimatı olub.
APA TV-nin qərb bürosunun məlumata görə, “Sahibkar region gəncləri şəbəkəsinin birləşdirilməsi üçün birgə təşkilatçılıq” layihənin əsas məqsədi gənclər arasında işsizliyi azaltmaq və Şərq Tərəfdaşlığı ölkələrində region gənclərinin sahibkarlıq potensialının inkişafına kömək etməkdir.
İlk olaraq, hədəf Azərbaycan, Ukrayna və Gürcüstandan olan 18-30 yaş arası gənclərin liderlik bilik və bacarıqlarını inkişaf etdirmək, yeni üsullarla region gənclərinə və gənc sahibkarlara dəstək olmaqdır.
Həmçinin, onlayn təlimlər vasitəsi ilə sahibkarlıq təhsilini təbliğ etmək, təcrübələri paylaşmaqla regionlarda gənc sahibkarların şəbəkəsini yaratmağa köməklik göstərməkdir.
Layihəyə Fransa, İtaliya və Polşadan da nümayəndələr cəlb olunub.
İlkin mərhələdə gənclər İtaliya və Polşadaya səfər edəcək, oradakı müəssislərdə sahibkarlıq fəaliyyəti ilə tanış olacaqlar.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."