Gənc oğlan 25 gündür yoxa çıxıb
Xaçmaz rayonunda 25 yaşlı gənc itkin düşüb.
APA TV-nin şimal bürosunun verdiyi xəbərə görə, rayonun İstisu qəsəbə sakini 25 yaşlı Vüsal Nəzərov itkin düşüb. Ailə üzvlərinin verdiyi məlumata görə, o martın 4-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində rəngli gödəkçə, göy cins şalvar və qara ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, XAÇMAZ RAYON POLİS ŞÖBƏSİNİN (023) 325-53-56 ŞƏHƏR VƏ (051) 843-02-02, (070) 961-81-27 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
17:12
672
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
748
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
702
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1717
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2018
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1269