Gənc ana kömək istəyir: ”Uşaqlar qonşuda nəsə görür, ala bilmirəm”
Xuraman Əliyeva iki övladı ilə Siyəzən rayonunun məcburi köçkünlər üçün salınan Göyçə kəndində yaşayır. APA TV-nin şimal bürosunun məlumatına görə, Xuraman xanım 2010-cu ildə Şabranın Taxtalar kəndinə gəlin köçüb. Onun sözlərinə görə, bir müddət sonra ailədə yaranan problemlər üzündən həyat yoldaşından ayrılmalı olub. 2-ci övladını da atasının evində dünyaya gətirib: “Məktəbə əyni-başı yalın gedir. Çantası yox, ayaqqabısı yox. Mənimlə yola getmədi, mən də ayrıldım. 2 uşağım var, birinə 87 manat aliment verir. O da heç ayaqqabısına, çantasına çatmır. Dolana bilmirəm”. Xuraman Əliyevanın anası deyir ki, onların da maddi imkanı nəvələrini saxlamağa çatmır: “Mən bir ana kimi onun uşaqlarına görə Azərbaycan xalqından kömək istəyirəm. Uşaqlar gedib qonşuda bir şey görüb gəlir, amma mən onu ala bilmirəm. Ürək ağrısıdır. Çox xahiş edirəm, bu ailəyə kömək edəsiniz”. Ailəyə yardım etmək istəyən şəxslər +994 51 453 75 45 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."