Gəmidə baş verən yanğın söndürüldü
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın baş verməsi barədə məlumat daxil olub.
APA TV-nin FHN-ə istinadən məlumatına görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Gəminin daxili bölmələrinin mürəkkəb və yanar konstruksiyalara malik olması və nəticədə meydana çıxan qapalı qatı tüstünün söndürmə işlərinə mane olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasının qarşısı alınaraq söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR
13:54
923
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
922
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2071
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1485
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1908
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1075