Gələn il hər ay bu qədər maaş ala bilərsiniz
“2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması planlaşdırılır”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
Deputat diqqətə çatdırıb ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur: “2022-ci ilin sonuna qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 AZN, 2023-cü ildə 898 manat olması planlaşdırılır. Bu isə demək olar ki, əmək haqqının böyük bir qisminin vergidən azad olunması deməkdir”, - deyə deputat bildirib.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə