Gələn il 6 Günəş və Ay tutulması baş verəcək - GÜNLƏR AÇIQLANDI
Gələn il (2020) üçün fəsillərin ölkəmizə daxil olma vaxtları açıqlanıb.
APA-nın sorğusuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən açıqlamaya görə, 2020-ci ildə yaz fəsli ölkə ərazisinə martın 20-də, Bakı vaxtı ilə saat 7:49 dəqiqədə daxil olacaq.
Yay fəsli iyunun 21-də, gecə saat 01:43, payız sentyabrın 22-də - 17:30 dəqiqədə, qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq.
2020-ci il Günəş və Ay tutulmaları ilə də yadda qalacaq.
Azərbaycan ərazisində qismən müşahidə olunacaq ilin ilk Günəş tutulması iyunun 21-ə, ikinci dekabrın 14-ə təsadüf edəcək.
4 Ay tutulmasından birincisi yanvarın 10-dan 11-nə, ikincisi isə iyunun 5-dən 6-a keçən gecə qeydə alınacaq. Hər iki hadisəni Azərbaycanda izləmək mümkün olacaq.
3-cü və 4-cü Ay tutulması isə müvafiq olaraq 5 iyul və 30 noyabr tarixlərində baş verəcək.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi