Gədəbəyə qar yağdı – KƏND TƏSƏRRÜFATINA VƏ YOLLARA ZİYAN VURDU
Qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Gədəbəyə qarın yağması ilə nəticələnib.
APA TV-nin yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq
Arıxdam, Söyüdlü, Qaradağ və ətraf kəndlərə, eləcə də rayon mərkəzinə qar, ardınca isə dolu yağıb.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Natiq Nağıyev APA TV-yə bildirib ki, təbiət hadisəsi nəticəsində əkin sahələrinə, qaz xətlərinə ziyan dəyib, həmçinin kənd yollarında bəzi keçidlər dağılıb.
Gecə saatlarından başlayaraq, aidiyyəti qurumun nümayəndələri və texnikalar hadisə yerinə cəlb edilərək dağılmış yollar bərpa olunub. Kəndlərə dəyən ziyanın isə hesablanması həyata keçirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi