“Gecə gizli nömrədən zəng gəldi” - SAMUXDAKI QƏTLİN TƏFƏRRÜATLARI
Samuxda qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında, rayonun Sərkar kəndində, “5 yol” adlanan ərazidə qeydə alınıb.
Xəstəxanadan bildirilib ki, 54 yaşlı Aytəkin Hüseynov ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib. Çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisə yerinə Samux rayon prokurorluğunun əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Əməkdaşlarımız qətlə yetirilən Aytəkin Hüseynovun yaşadığı evdə olub. Mərhumun yaxınları müsahibə verməkdən imtina etsələr də, kənd sakinləri bəzi məqamları əməkdaşlarımızla bölüşüblər. Belə ki, onlar Aytəkinə gecə saatlarında naməlum şəxs tərəfindən zəng edildiyini və onu küçəyə çağırdığını bildirib. Elə hadisədə həmin vaxt baş verib. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, mərhum uzun müddət Rusiyada yaşayıb və bir qızı, bir oğlu var.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu