Gecə bina tikməyə çalışdı, FHN sökdü, hirslənib jurnalistə hücum etdi
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Bəxtiyar Tağıyevin sözlərinə görə, qeyri-yaşayış obyektində qanunsuz tikinti quraşdırma işləri aparılıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq “Xan ucuzluq” mağazasının üzərindəki qanunsuz tikinti dayandırılmayıb.
Etdikləri qanunsuzluqlara baxmayaraq, tikilinin sahibləri söküntü işlərini işıqlandırmaq üçün əraziyə getdiyimizə görə, kameranın önünə gedib, bizə mane olmağa çalışdılar.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Bəxtiyar Tağıyev deyir ki, sahibkarın ona sökülməklə bağlı sənəd təqdim edilməməsi iddiası isə tamamilə yalandır.
Qeyd edək ki, sökülmə prosesində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.
FHN bir daha vətəndaşları qanunsuz tikinti obyektlərinin inşa edilməsi ilə bağlı qüvvədə olan şəhərsalma tikinti məcəlləsinin tələblərinə riayət etməyə çağırır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək