Füzulidə xidmət edən hərbi qulluqçulara qida məhsulları, gündəlik tələbat malları çatdırılıb
Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçulara dəstək aksiyası çərçivəsində bu gün Füzuli rayonu ərazisində xidmətini davam etdirən hərbçilərə qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyena vasitələri çatdırılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşə aksiya çərçivəsində əsgər və zabitlərə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar verilib.
“Bravo”nun bağlamaları hərbçilərə təqdim edən əməkdaşları onların ehtiyaclarını və istəklərini də öyrənib, müvafiq qeydlər aparıblar.
Əsgər və zabitlər ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən aksiyaya, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?