Füzulidə Qazaxıstanın tikəcəyi incəsənət məktəbinin təməli qoyulub
Bu gün, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq “Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi”nin təməlqoyma mərasimi keçirilib.
Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 ha ərazidə yerləşəcək. Tikili sahəsi 2708 kv.m, 2 mərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla növbəli şəkildə 600 nəfər şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulmuşdur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.
Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılmış, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunmuşdur.
Digər layihələr kimi bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib