Füzulidə mina partlaması nəticəsində 2 nəfər həlak olub
Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Füzuli rayon prokurorluğundan APA-ya bildirilib ki, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
16:59
1009
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
984
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
898
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1134
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
1117
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
1136