Füzuli, Zəngilan və Cəbrayılda itkin düşənlərin axtarışı davam edir
Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfransın ikinci hissəsi baş tutub.Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşənlərlə bağlıdır.Tədbirdə BQXK-nin , AMEA-nın, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, müxtəlif dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev bildirib ki, Zəngilan və Cəbrayıl istiqamətində itkin düşmüş şəxslərin qalıqlarının tapılması istiqamətində tədqiqat işləri həyata keçiriləcək.
Akif Quliyev qeyd edib ki, hazırda mayın 3-dən 17-dək aparılan tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi