Fuad Qəhrəmanlının qızı: "Profilim oğurlanmayıb, statusu özüm yazmışam"
Bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı yazdığı statusu təsdiqləyib.
Fuad Qəhrəmanlının qızı APA-ya açıqlamasında bildirib ki, profili oğurlanmayıb və məlum statusu özü yazıb: “Mən universitetdəyəm.
Zənglər və açıqlamalar üçün vaxtım yoxdu. Yazıları özüm yazmışam. Profilim də oğurlanmayıb. Deyilənlərə inanmayın”.
Qeyd edək ki, Selcan Yağmur bu gün atasından imtina etməsi ilə bağlı status yazıb. Fuad Qəhrəmanlı isə qızının facebook profilinin oğurlandığını və yazılanların düzgün olmadığını bildirib.
Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) isə bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb boşanma ilə bağlı məhkəməyə müraciət edib.
Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."