Fransanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Fransanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bitərəfliyini itirən Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması tələbi səsləndirilib.
Bildirilib ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu 28 ildir heç bir həll yolu tapmayıb, həmsədr ölkə olan Fransa BMT qətnamələrini pozaraq qeyri-konstruktiv münasibət nümayiş etdirir.
Aksiyada Fransa Senatının 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarını “soyqırımı” kimi tanıması xatırladılıb, Fransa rəsmilərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı daim qərəzli açıqlamalarla çıxış etdiyi vurğulanıb.
Həmçinin qeyd olunub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasında olmalıdır.
Aksiyada “Fransa, ATƏT-in Minsk Qrupunu tərk et!”, “Xocalıya ədalət”, “Qarabağ Azərbaycandır!” və s. kimi şüarlar səsləndirilib.
Tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə baş tutub.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub