Fransadakı səfirliyimizə hücum edən erməni barədə cinayət işi açıldı
Ötən ay Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyana qarşı iki fakt üzrə cinayət işi açılıb.
APA TV xəbər verir ki, bu şəxs səfirliyin binasına güc yolu ilə girməyə cəhddə və səfirliyin əməkdaşının həyatını riskə atmaqda ittiham olunur.
Həmçinin əldə olunan məlumata görə, Tufanyan təxminən bir həftə Paris polisinin nəzarətində olub.
O, dünən, oktyabrın 19-da sərbəst buraxılıb və ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub.
Xatırladaq ki, ötən gün fransalı tarixçi Maksim Qauin özünün “Twitter“ hesabında bildirib ki, polis Fransadakı Erməni İnqilabı Federasiyasının gənclər bölməsinin keçmiş sədri Loris Tufanyanı həbs edib.
OXŞAR XƏBƏRLƏR
16:59
667
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
665
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
581
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1098
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
1081
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
1096