Fransada yaşayan təbrizli hüquq müdafiəçiləri Ağdamda olublar
Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçiləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Çələbiani Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Ağdam şəhərinə səfər zamanı ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələri, minalanmış ərazilərə baxış keçiriblər. Daha sonra yeni inşa olunan çoxmərtəbəli binaların tikintisi ilə tanış olublar.
Qonaqlar Pənahəli Xanın İmarət kompleksini, Xurşidbanu Natəvanın məzarını, Ağdam Cümə Məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Qonaqlar Ağdamın Baş Planı ilə tanış olublar. Onlara hazırda rayonda gedən tikinti-quruculuq işləri barədə məlumat verilib.
Hazırda Fransada yaşayan Təbriz əsilli azərbaycanlı hüquq müdafiəçiləri Ağdamdan sonra Şuşa şəhərinə, Füzuli və Cəbrayıla səfər edəcəklər.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək