Fransada daha 110 nəfər koronavirus infeksiyasından ölüb
Fransada son sutkada koronavirusdan ölənlərin sayı 110 nəfər də artaraq, ümumilikdə 28 132 nəfərə çatıb.
APA TV xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə, onlardan 17 812 nəfəri xəstəxanalarda, 10 320-si qocalar evlərində və tibbi-sosial müəssisələrdə ölüb.
“17 941 nəfər hazırda xəstəxanalardadır, bir həftə əvvəl isə 21 071 nəfər xəstəxanaya yerləşdirilmişdi. Sutka ərzində daha 432 nəfər xəstəxanaya müraciət edib. Reanimasiya da isə 1794 nəfər var”, - məlumatda belə deyilir.
Epidemiyanın əvvəlindən 63 354 xəstə sağalaraq xəstəxanaları tərk edib.
OXŞAR XƏBƏRLƏR
11:43
1913
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1901
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1969
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1423
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2001
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2029