“Fransa Ermənistanı silahlandırmağa çalışır” - Deputat
“Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək niyyətindədir. Yeni hərbi attaşenin məqsədi Ermənistana müasir Fransa silahlarının verilməsi olacaq. Bu mövqeyin səbəbi nədir?”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.
Deputat bildirib ki, Fransa Ermənistanı silahlandırmağa çalışır: “Bu, riyakarlıqdır. Fransanın yanaşması bütövlükdə Avropanın maraqlarıyla ciddi ziddiyyət təşkil edir. Bu baxımdan biz Avropa ölkələrinə də çağırış etməliyik ki, Fransaya yerini göstərsin. Azərbaycanın bu məsələlərlə bağlı mövqeyi qətiyyətlidir”.
Spiker bildirib ki, Fransanın Azərbaycandakı səfiri ilə dünən görüşüb: “Bu məsələləri xatırlatdım. Beynəlxalq təşkilatlarda olan deputatlar da bu məsələləri mütləq qaldırsınlar”.
OXŞAR XƏBƏRLƏR
18:44
735
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
644
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
845
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1108
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1146
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
1014