“Formula-1" marşalları üçün təlim keçirilir
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq işləri çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə tədbir və təlimlərin təşkilinə start verib.
Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bu məqsədlə mayın 14-dən başlayaraq ümumilikdə dörd gün ərzində FHN Akademiyasında Nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün təlimlər keçirilir.
FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.
Nəzəri və praktik hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 191 nəfər iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir