FHN və Dəniz Ticarət Limanı birgə təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı birgə təlim keçirib.
Nazirlikdən verilən xəbərə görə, əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə hallara qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təmin edilməsi səviyyəsini yüksəltmək olan təlim çərçivəsində inzibati binada 2 süni yanğın ocağı formalaşdırılıb.
“Hadisə yerinə” operativ çatan FHN-in yanğından mühafizə bölmələrinin çevik reaksiya və peşəkar müdaxiləsi nəticəsində “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.
Bakı Limanı ərazisində həyata keçirilən təlim çərçivəsində Liman heyətinin hadisələrə reaksiyası və fəaliyyəti FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edilib ki, belə təlimlər Bakı Limanında mütəmadi olaraq keçirilir.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib