FHN sosial dəstək tədbirlərini davam etdirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir.
APA TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı, Qaradağ, Xətai və Binəqədi rayonlarında yaşayan tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq yardımı və tibbi maskalar çatdırılır.
4000 ailə üçün nəzərdə tutulan yardımları vətəndaşlara çatdıran FHN əməkdaşları ölkəmizdə koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması məqsədilə onlarla maarifləndirici söhbətlər də aparır, sosial məsafənin qorunması, tibbi maskalardan istifadə və digər sanitar-gigiyenik tələblərə əməl edilməsinin vacibliyini bildirirlər.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi