FHN sosial dəstək tədbirlərini davam etdirir – 4 MİN AİLƏYƏ YARDIM EDİLƏCƏK
Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial dəstək tədbirlərini davam etdirir.
APA TV xəbər verir ki, Nazirlik tərəfindən növbəti belə tədbirə Bakı şəhərinin Binəqədi, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonları, habelə respublikanın Abşeron, Qəbələ, Beyləqan və Bərdə rayonlarında başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında FHN əməkdaşları tərəfindən göstərilən rayonlarda yaşayan, yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq məhsullarından ibarət yardımlar çatdırılır.
4 min ailə üçün nəzərdə tutulan sosial yardım bağlamalarını çatdıran nazirlik əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər də apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyətini vurğulayırlar.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı