FHN ötən il təbii fəlakət baş verən kənddə
Göygöldə “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib. Tədbir rayonun Topalhəsənli kəndində ötən il təbii fəlakətin baş verdiyi ərazidə baş tutub. FHN əməkdaşları kənd sakinlərinə təbiət hadisəsi baş verən zaman ilk hansı addımları atacaqlarını izah ediblər. Tədbirin keçirilməsində məqsəd intensiv yağıntıların xarakterik olduğu yaz-yay aylarında çaylarda yarana biləcək sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Yerli icra nümayəndəliyinin, o cümlədən bələdiyyələrin, kənd sakinlərinin və ictimai iaşə obyektlərinin əməkdaşlarının da iştirak etdiyi görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb. Qeyd edək ki , Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi məqsədilə bu kimi tədbirlər müntəzəm olaraq keçirilir.
Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"