FHN işçiləri Göyçayda dağlıq ərazidə itgin düşən qadın və kişini tapıb
Göyçay rayonunda dağlıq ərazidə itgin düşən şəxslər tapılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə avqustun 15-də axşam saatlarında Göyçay sakinləri şəhərin şimalındakı dağlıq ərazidə itmiş qoyunları axtararkən naməlum istiqamətdə qayadan dərəyə yıxılıblar. Köməksiz vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova adlı şəxslərin xilas olunması üçün FHN-nin "112" qaynar xətt mərkəzinə məlumat verilib. Hadisə yerinə cəlb edilən xilasedicilər itgin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Xilasedicilər gecə saatlarında çətin relyefli dağlıq ərazidə itgin düşən şəxslərin yerini müəyyən ediblər. Hazırda qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür. Kamran Eminovun xəsarət aldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."