FHN-in Gəncə Regional Mərkəzində “Açıq qapı” günü keçirilib
FHN-in Gəncə Regional Mərkəzində Gəncə Regionl ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. Məqsəd könüllüləri Mərkəzin fəaliyyəti, xilasetmə avadanlıqları ilə tanış etmək, onlara fövqəladə hallarla bağlı biliklərin aşılanmasıdır.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, könüllülərə Gəncə Regional Mərkəzinin fəaliyyəti, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılması, hərbi vətənpərvərlik mövzuları barədə danışılıb.
Daha sonra pandemiya qaydaları qorunmaqla Mərkəzin akt zalında təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə ətraflı məlumat verilib.
Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin kazarmasına baxış keçirilib sinif otağında aparılan dərslərlə tanış olublar Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə "həyəcan" siqnalı verildikdən sonra şərti xilasetmə işləri aparılaraq, şərti olaraq köməksiz vəziyyətdə olan yaralı xilas edilib.
Könüllülər qəza-xilasetmə avtomobili, alət və avadanlıqlar, həmçinin yanğınsöndürmə texnikaları ilə də yaxından tanış edilib, avtomobil və texniki vasitələrin xüsusiyyətləri barədə məlumatlandırılıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov APA TV GƏNCƏ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib