FHN Gəncədə “Açıq qapı” günü keçirib
FHN-in Gəncə Regional Mərkəzində “ASAN xidmət” könüllülərinin iştirakı ilə “Açıq qapı” günü təşkil olunub.
APA TV-nin yerli bürosunun məlumatında görə, FHN-in Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli çıxış edərək bu cür tədbirlərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılması, gənclərə hərbi vətənpərvərlik ruhunun aşılanması və sağlam həyat tərzinin təbliğ edilməsi məqsədi daşıdığını bildirib. Mərkəzin akt zalında FHN-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, təbii və texnogen mənşəli hadisələr, onlardan qorunma qaydaları xilasedicilər tərəfindən izah edilib.
Könüllülərə qəza zamanı xilas etmə, xilas etmə avadanlıqlarını işətmək və qəza zamanı tibbi yardım göstərilməsi haqqında məlumat verilib.
Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə "Həyəcan" siqnalı verildikdən sonra şərti xilasetmə işləri aparılıb, qəza xilasetmə avtomobilinə, alət və avadanlıqlara, yanğınsöndürmə texnikalarına baxış keçirilib, şərti olaraq köməksiz vəziyyətdə olan yaralı xilas edilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək