FHN-də İctimai Şuranın seçki komissiyasının növbəti iclası keçirilib
Cari ilin 26 fevral – 3 aprel tarixlərində Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai Şuraya üzvlük üçün müraciətlərin qəbulu həyata keçirilir.
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “İctimai iştirakçılıq haqqında” qanunun və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 10 mart 2021-ci il tarixində Nazirlikdə İctimai Şuranın seçki komissiyasının növbəti iclası keçirilib.
Nazirliyin inzibati binasında keçirilmiş iclasa komissiyanın sədri, Fövqəladə Hallar nazirinin müavini Faiq Tağı-zadə sədrlik edib. Seçki komissiyasının iclasında vətəndaş cəmiyyəti institutları tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrin müraciətlərinə baxılıb, onların qeydiyyatı və İctimai şuraya seçkilərə hazırlıqla bağlı digər məsələlər müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar