FHN 3 hektardan artıq sahəni yanar tullantılardan təmizləyib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində fəaliyyət göstərən bir sıra obyektlərin ərazisinin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənməməsi nəticəsində yanğın təhlükəsinin yaranması ilə bağlı daxil olmuş məlumatla əlaqədar qeyd edilən əraziyə baxış keçirilib.
APA TV nazirliyin saytına istinadən xəbər verir ki, həmin ərazidə yerləşən bir sıra obyektlərin, o cümlədən neft boru kəmərləri keçən sahənin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənmədiyi təsdiqini tapıb.
Qeyd olunanlar nəzərə alınaraq, aidiyyəti təşkilat rəhbərləri qarşısında məsələ qaldırılaraq xüsusi texnika və canlı qüvvə cəlb edilməklə ərazinin təmizlənməsi işlərinə başlanılıb. Bu günədək Xətai rayonu, Əhmədli qəsəbəsi 622/9-cu keçid ünvanında və Xətai rayonu, Əhmədli qəsəbəsi yolu K.Kərimov küçəsində ümumilikdə 3 hektardan artıq sahə obyekt rəhbərləri tərəfindən işçi qüvvəsi və texnika cəlb edilməklə məişət tullantıları, kol-kos və qamışlıqdan təmizlənib. Yaxın günlərdə işlər tam şəkildə başa çatdırılacaq.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar