FHN: 233 binaya müsbət rəy verildi
Azərbaycanın bir neçə şəhərində 233 yaşayış binasına müsbət rəy verilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ötən 7 ay ərzində ümumi sahəsi 4 531 002 kv. m olan 46 651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya dair müsbət rəy verilib.
Binaların 218-i Bakı şəhəri, 8-i Abşeron rayonu, 1-i Sumqayıt şəhəri, 4-ü Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i isə Zərdab rayonunda inşa edilib. Sözügedən binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron rayon, Sumqayıt şəhər, Gəncə şəhər, Mingəçevir şəhər və Zərdab rayon İcra hakimiyyətlərinə təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
17:47
1021
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
896
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
900
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
894
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
856
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
872