Fəvvarələr meydanında tədbir keçirilib - MİLLİ MUSİQİ GÜNÜ İLƏ BAĞLI
Sentyabrın 18-də axşam Fəvvarələr meydanında Üzeyir Hacıbəyovun 134 illiyinə həsr olunmuş konsert keçirilib.
“Milli musiqinin sədaları altında təqdim edilən rəqslər konsertə xüsusi əhval-ruhiyyə qatır”.
APA TV-nin məlumatına görə, konsertdə Akademik Musiqili Teatrın böyük kollektivi çıxış edib. Orkestri Baş dirijor - Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev müşayiət edib.
Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan tədbirdən məqsəd Azərbaycan mədəniyyətinin təbliğ olunması və paytaxt sakinlərinə musiqi töhfələri bəxş etmək olub.
Konsertdə Üzeyir Hacıbəyovun əsərlərinə geniş yer verilib. Fikrət Əmirovun, Qara Qarayevin və xarici bəstəkarların əsərləri də səsləndirilib.
OXŞAR XƏBƏRLƏR
19:50
301
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
315
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
305
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
896
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
903
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
901