Fermer açınca gözün... - ÇOBAN QOYUNLARI APARDI
Zaqatalada işlədiyi fermadan oğurluq edən çoban saxlanılıb. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, Əliabad qəsəbə sakini Abdulla Həmzəyev rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fermadan 23 baş xırdabuynuzlu, 4 baş iribuynuzlu mal-qaranın naməlum şəxs və yaxud da şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abdulla Həmzəyevə məxsus ümumilikdə 27 baş xırda və iribuynuzlu mal-qaranı oğurlayan şəxsin rayonun Muxax kənd sakini, elə həmin fermada çoban işləyən 32 yaşlı Həsən İbrahimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb, oğurladığı heyvanlardan bir neçəsi aşkar edilərək maddi sübut kimi götürülüb: “Əliabad qəsəbəsində Abdulla Həmzəyevə məxsus fermada işləmişəm. Heyvanlarını oğurlayıb satmışam, peşmanlıq hissi keçirirəm. Heç kimə tövsiyə etmirəm ki, kiminsə malına göz diksin və əl uzatsın. O işin axırı yoxdur və çox çəkməz”. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."