Fəhlələr torpaq altında qaldı: ölən var - QAZAXDA
Qazaxda torpaq uçqunu olub.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Qarapapaq kəndində qeydə alınıb.
Kanalizasiya işləri ilə əlaqədar qazıntı aparan zaman 2 nəfər torpaq uçqununun altında qalıb. İşçi heyətin köməkliyi ilə hər iki şəxs torpağın altından çıxarılsa da onlardan biri - rayonun Çaylı kənd sakini, 36 yaşlı Gündüz Məşədi oğlu Qocalı keçinib. Ağstafa sakini, 49 yaşlı Niftalı Həsən oğlu Məmmədov isə xəsarətlərlə Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Yaralının vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, hər iki şəxs Qarapapaq kəndində kanalizasiya və su xətlərinin yenilənməsi işlərində fəhləlik edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
350
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
368
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
351
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
901
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
908
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
910