Fəhlə səkkizinci mərtəbədən yıxılıb öldü
Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-si saat 12 radələrində 50 yaşlı Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:21
1010
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1054
Növbəti köç karvanları yola salınıb
13:38
1072
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
938
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1068
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2977