Fədayə Laçının vəkili: “Onun yerinə Bin Laden otursaydı...”

"14 illik vəkillik fəaliyyətimdə belə səmərəsiz proses görməmişəm. İlk dəfədir ki, bir prosesin 12 dəfə təxirə salınması ilə rastlaşıram".

APA TV-nin həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, təxirəsalmaları mənasız bəhanə kimi dəyərləndirir: “Hakim xəstələnə bilər, deyə bilər ki, gələn həftə gəl. Bu, normal bir şeydir. Amma burda elə deyil. Adərən uzunmüddət davam edən məhkəmə işlərində, hakimi və yaxud, prokroru dəyişirlər. Hansısa bir vəkil məhkəmə prosesinə 2-3 dəfə gəlmədikdə, ona deyilir ki, artıq sənin haqqında təqdimat verİləcək, məhkəməyə hörmətsizlik edirsən. Bəs burda kimə müraciət edək? Hakim işi 10-12 dəfə təxirə salırsa, biz nə edək? Hakimi dəyişə bilmirik axı”.

Vəkil əlavə edib ki, məhkəmə tərəfindən Fədayə Məmmədovaya (Laçın) qarşı heç bir humanist addım atılmayıb: “Fədayə xanım bir əmələ görə ittiham edilir. Həmin əmələ görə 2 ildən 6 ilə qədər cəza gözlənilir. Mən Apellyasiya Məhkəməsində bunu qeyd etdim. Dedim ki, Fədayə Laçının yerinə burda Bin Laden otursaydı, neçə il istəyəcəkdik. Nə qadın, nə müğənni, nə də vətənpərvər insan olduğunu nəzərə aldınız”.

Vəkil daha sonra qeyd edib ki, 9 xalq artisti F. Laçının azad olunması ilə bağlı dövlət başçısına müraciət edib:

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR