Fazil Mustafa: “Müdafiə Nazirliyindəki divləri tutmaq lazımdır”
“Bölgəmizdə baş verən müharibə təhlükəsi hamımızı narahat edir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Qarabağda müəyyən işlər hələ də qalır: “Qarabağı müəyyən ünsürlərdən təmizləmək üçün biz Müdafiə Nazirliyini təmizləməliyik. Nazirlikdə aparılan son işlər məni sevindirir. Nazirliyin bütün strukturlarında olan köstəbəkləri aradan qaldırmalıyıq. Tərtər hadisələrində, savaşda da bunu gördük. Əsas orda oturan divləri tutmaq lazımdır. Hansısa kiçik məmurun əli ilə bu oğurluq baş verə bilməz. Biz müsadirə olunan vəsaitləri hərbçilərə verməliyik. Azərbaycan hərbçisinin həyat şəraitini yaxşılaşdırmalıyıq. Sonradan haqqı pozulmuş hərbiçinin, zabitin haqqını bərpa etmək olmur. Onların çoxu xəstəlik tapır. Hərbi prokurorluq tərəfindən bəzi zabitlər süni ittihamlarla məsuliyyətə cəlb olunurdu. Hamılıqla ordunu qorumaq üçün ölkə Prezidentinin bu istiqamətdə apardığı işi dəstəkləməliyik”.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib