Fazil Mustafa Müdafiə Nazirliyindəki 10 milyonluq yeyintidən danışdı
“Nəzarətsiz müdafiə və təhlükəsizlik orqanlarının olması ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Müdafiə Nazirliyində aparılan son yoxlama da bunu göstərdi: “44 günlük müharibədə qazandığımız qələbəni Müdafiə Nazirliyində xımır-xımır yeyiblər. Bu, hələ alt qurumda həyata keçirilən yoxlama idi. Yuxarı qurumlarda bunun həcmi yəqin yüz milyonlarladır! Digər tərəfdən, “Tərtər işi” ilə bağlı bu gün baş verənləri götürək. Tərtər hadisələrində yüzlərlə insan faciə yaşayandan sonra bu gün işə yenidən baxılması nəyi dəyişəcək?! Bu, həmin insanların həyatını yenidən bərpa edə biləcəkmi? Yox! Ona görə də biz indidən bu məsələlər barədə düşünməliyik. Müdafiə və təhlükəsizlik qurumlarında parlament nəzarəti barədə düşünməliyik. Müdafiə Nazirliyində yeyilən pullarla Mədəniyyət Nazirliyində yeyilən pulları eyniləşdirmək olmaz. Bu, hansısa şəhidin, qazinin qanı bahasına yeyilən puldur. Biz onların qarşısında sabah cavab verə bilmək üçün məsuliyyət daşıyanları məhkəmə prosesinə cəlb etməliyik”.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı