“Eyvana çıx” konsert proqramı Mingəçevirdə təşkil edildi - BÖLGƏDƏ İLK DƏFƏ OLARAQ
Ölkəmizdə karantin rejiminin tətbiqi ictimai-mədəni fəallığın azalmasına deyil əksinə artımına səbəb olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin nəzdində olan Üzeyir Hacıbəyov adına 11 illik musiqi məktəbinin kollektivi bu mənada örnək davranışlar sərgiləyir.
Belə ki, 700-ə qədər tələbənin təhsil aldığı məktəbdə tədris və təlim bir anda olsa səngiməyib. Müxtəlif qruplar üzrə təhsil alan şagirdlər onlayn dərslər vasitəsilə musiqi təhsillərini davam etdirirlər.
Hətta musiqi məktəbinin kollektivi bölgədə ilk dəfə olaraq “Eyvana çıx” konsert proqramı da təşkil edib. İfaçılar öz musiqilərini şəhərin Müslim Maqomayev küçəsində yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən eyvandan təqdim ediblər.
Məktəbin müəllimləri Zülfiyyə Hacıyeva, Türanə Məmmədova, İsa Müseyibov və Səttar Orucovun iştirakı ilə vətənpərvər ruhda musiqilər səsləndirilib.
Evdə qal prinsipinə əməl edən bina sakinləri də öz eyvanlarına çıxaraq ifaçıları alqışlarla qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı