Evini və 3 həmkəndlisinin əmlakını niyə yandırdı? - TƏFƏRRÜTLAR
Zaqatalada sərxoş vəziyyətdə bir gecədə öz əmlakını və daha üç həmkəndlisinin əmlakını yandıran şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, Dekabrın 31-i axşam saat 23 radələrində rayonun Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında RPŞ-nin təhqiqat qrupunun əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Hadisə yerindən müvafiq kül nümunələri götürülüb.
İlkin məlumata görə, Tərlan və Əhliman Gülməmmədov qardaşları yanan fərdi yaşayış evində birgə yaşayıblar. İki qardaş arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhliman Gülməmmədov qardaşı ilə birgə yaşadıqları evi qəsdən yandırıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki iki qardaşa məxsus ev əşyaları ilə birlikdə yanıb.
Əhliman Gülməmmədov isə özünün və qardaşının birgə yaşadığı evi yandırdıqdan sonra hadisə yerindən qaçıb.
Zaqatala RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Əhliman Gülmmədov Zaqatala şəhər ərazisində tutularaq istintaqa təhvil verilib.
Əhliman Gülmməmədovun ətrafında aparılan istintaq zamanı məlum olub ki, yanvar ayının biri gecə saatlarında rayonun Mosul kəndində ayrı-ayrı saatlarda kənd sakinləri İsmayıl Ramazan oğlu Süleymanov, Ramiz Hizbulla oğlu Məmmədov və Qədim Əli oğlu Məmmədovun yaşadıqları evlərin həyətyanı sahəsində tikilmiş mal tövlələrində baş verən yanğınları da Əhliman Gülmmədov törədib.
Əhliman Gülmmədov ilkin istintaq zamanı törətdiyi əməlləri etiraf edib. Öz evini və həmkəndlilərinin mal tövlələrini yandıran zaman içkili olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı