Evə girən oğrular otağı “alt-üst” etdi - CƏLİLABADDA
Cəlilabadda oğurluq hadisəsi baş verib.
APA Tv-nin Cənub bürosunun verdiyi məlumata görə, rayonun Alar kənd sakini Azad Dadaşov axşam saat 8 radələrində ailəsi ilə birlikdə atasıgilə gedib. Belə ki, təxminən iki saatdan sonra qonşu evdən oğurluq edilməsi barədə xəbər alıb. Dərhal avtomobili ilə evinə qayıdıb. Bu zaman pəncərənin açıq olduğunu görüb.
Zərərçəkmiş deyir ki, evinə gələn çağırılmamış qonaq və ya qonaqlar 1000 manata yaxın pulunu götürərək aradan çıxıblar. Qonşu evlərdən də oğurluq ediblər.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
531
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
527
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
506
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
320
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
317
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
326