Evdən istilik sistemlərini oğurladılar - MİNGƏÇEVİRDƏ
Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, bir neçə gün öncə şəhər sakini Mehrac Həsən oğlu Dadaşov Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edərək, Mehmandarov küçəsi-13 ünvanında ona məxsus evdən köhnə istilik sistemlərin və digər avadanlıqların oğurlandığı barədə məlumat verib.
Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb. Mingəçevir Şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Kərim İsmayılbəylinin verdiyi məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - Sadiq Namiq oğlu Mehdiyev və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Qəhrəman oğlu Səmədov saxlanılıb. Saxlanılan şəxslər oğurladıqları istilik sistemlərini metal qəbulu yerlərinə satdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək