Evdən 15 min manatlıq qızıl oğurladı, 6 min manata satdı
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
DİN-dən APA TV-yə verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüsal Rzayev tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun qızıl-zinət əşyalarını dəyər-dəyməzinə, yəni 6000 manata sataraq şəxsi ehtiyacları üçün xərclədiyi məlum olub.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində silsilə oğurluqlar edən, əvvəllər də məhkum olunmuş Orxan Hüseynov saxlanılıb. Onun Yeni Yasamal ərazisində yeni tikilməkdə olan binalarda usta işləyən şəxslərin təmir-tikinti alətlərini, həmçinin qeyd edilən ərazidə yerləşən mağazalardan birindən pul və tütün məmulatları oğurladığı məlum olub.
Qeyd edilən faktlarla bağlı Vüsal Rzayev və Orxan Hüseynov barəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu