Evdə qaz balonu partladı, 2 nəfər ağır xəsarət aldı - GƏNCƏDƏ
Gəncədə evdə partlayış olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb. 1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
504
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
500
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
478
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
317
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
315
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
323