Evdə partlayış oldu, bir ailənin üç üzvü xəsarət aldı
İsmayıllı rayonunda evdə partlayış baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quşencə kəndində qeydə alınıb.
Kənd sakini 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev yararsız hala düşüb. Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ər və arvadın vəziyyəti ağır olduğu üçün onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
Elvin Paşazadə
APA TV
OXŞAR XƏBƏRLƏR
17:21
1367
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1410
Növbəti köç karvanları yola salınıb
13:38
1419
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
979
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1107
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3017