Evdə baş verən yanğında iki qardaş yanıb, onlardan biri ölüb
Salyanda yanğın zamanı xəsarət alan iki qardaşdan biri ölüb.
Hadisə ötən gün axşam saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb. Kənd sakini Amil İsmayılova məxsus fərdi yaşayış evi anidən alovlanıb.
Bu barədə məlumat daxil olan kimi hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Lakin buna baxmayaraq, 4 otaqlı ev içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı 5 yaşlı Nihad İsmayılzadə tüstüdən boğularaq hadisə yerində ölüb. Qardaşı, 10 yaşlı İsmayıl İsmayılzadə isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan İsmayıl İsmayılzadə Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib