Ev partladı, 10-dan artıq evə ziyan dəydi - TƏFƏRRÜATLAR
Mingəçevirdə güclü partlayış baş verib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında şəhərin Günəşli massivində yerləşən 12-ci küçədə qeydə alınıb. Sakinlər bildirib ki, partlayış qəfil baş verib, küçəyə çıxan zaman bir neçə evin dağılmasına şahid olublar. Hadisəyə ilkin səbəb kimi qaz sızması göstərilir. Partlayış zamanı 10 dan artıq evə, bir avtomobilə ziyan dəydiyi bildirilir. Güclü partlayış olan evdə yanğın da qeydə alınıb. Bu zaman 29 yaşlı İlkin Məmmədov və 55 yaşlı Sevinc Qəmbərova, həmçinin qonşu mənzildə yaşayan 24 yaşlı Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı