Ətrafa atəş açdı: 5 nəfər öldü, 5 nəfər yaralandı
Gürcüstanın Saqareco şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
49 yaşlı keçmiş hərbçi Nodar Atuaşvili yaşayış binasında mənzillərdən birinin eyvanından ətrafa atəş açıb.
Hadisə nəticəsində 5 nəfə ölüb, 5 nəfər isə yaralanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, hadisə zamanı dərhal həmin əraziyə polislər cəlb edilib. Bu zamən cinayətkar polislərə də atəş açıb. Daxili işlər naziri Vaxtanq Qomelauri bildirib ki, polislərdən biri ölüb, birinin vəziyyəti ağırdır, həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparırlar. O əlavə edib ki, polis dəstəsi gələnə qədər silahlı şəxs atəş açaraq intihar edib. Faktla bağlı qəsdən adam öldürmə, o cümlədən qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə maddəsi ilə istintaq aparılır. Hadisə ilə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb