Etiraz aksiyasına çıxdı, "Allaha qarşı müharibə" ittihamı irəli sürüldü
İrandakı ümummilli etirazların ilk günlərində həbs edilən Tohid Dərvişi "Allaha qarşı müharibə" aparmaqda ittiham edilir.
Hüquq-müdafiə təşkilatları Dərvişinin edam hökmü ilə qarşılaşacağını ehtimal edirlər. Çünki bu ittihamla qarşılaşanların əksəri edama məhkum edilir.
“ƏRK” Azərbaycan İnsan Haqları Cəmiyyəti məlumat yayıb ki, Dərvişi sentyabr ayında Təbrizdəki iş yerinə yaxın Şahnaz məhəlləsində həbs olunub.
“Iran Wire” xəbər saytı onun iki aylıq sorğu-sual müddətində işgəncəyə məruz qaldığını yazıb. Sayt bildirib ki, işgəncə verərək Dərvişidən Bəsic qüvvəsi üzvünü öldürdüyünü və Təbrizin Xətib məhəlləsində bir bankı yandırdığını etiraf etməyini istəyiblər. Ancaq o, ittihamları rədd edib.
Hüquq müdafiəçiləri etirazların başlamasından bəri ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər. Həbs edilən bir çox etirazçı "Allaha qarşı müharibə aparmaq"da günahlandırılaraq edama məhkum edilib. Bəzi etirazçıların ölüm cəzası keçən günlərdə tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib